Dünən avqustun 26-da ilk dəfə keçirilən "Laçın Şəhəri Günü"nün yaddaqalan məqamlarından biri də axşam saatlarındakı atəşfəşanlıq olub.

Tezadlar.az AzTV-yə istinadla xəbər verir ki, möhtəşəm atəşfəşanlığı şəhərin hər bir tərəfindən izləmək mümkün olub. Atəşfəşanlıq böyük maraqla qarşılanıb.  Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə işğaldan azad edilmiş Laçında avqustun 26-sı və 27-si üçün zəngin proqram hazırlanıb. İki gün davam edəcək tədbirlər Bayraq Meydanı, Həkəri çayının sahili və yeni Bulvarın mənzərəli terrası da daxil olmaqla bütün şəhərin mərkəzini əhatə edəcək.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN