Ukrayna Silahlı Qüvvələrinin (USQ) Quru Qoşunlarının komandanı Aleksandr Sırski döyüş bölgəsindəki ağır vəziyyətdən şikayətlənib.
Onun sözlərini Hərbi Media Mərkəzi Telegram kanalı yayıb.
"Şərq cəbhəsində vəziyyət ağır olaraq qalır", - general deyib. O, aydınlaşdırıb ki, üç sahədə işə xüsusi diqqət yetirilir: Kupyansk, Krasnolimansk və Artemovsk.
Bundan əvvəl məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Kupyansk istiqamətində fəal müdafiə mövqeləri hazırlayır. Rusiyalı hərbçi bildirib ki, qarşı tərəf Rusiya qüvvələrinin say üstünlüyünə görə cəbhənin bu sektorunda əks hücuma keçmir.
E.ŞİRİNOV