booked.net booked.net  

Avqustun 30-na keçən gecə Kiyevin Julyani hava limanı yaxınlığında güclü partlayışlar baş verib.

Bu barədə TASS-a hadisə şahidləri məlumat verib.

Onlardan birinin dediyinə görə, ilk güclü partlayışlar səhər saat beş radələrində Kiyevin mərkəzində gurultulu olub. Eyni zamanda, bütün Ukrayna ərazisində, o cümlədən paytaxtda gecə saatlarında hava hücumu xəbərdarlığı elan edilib.

"Julyani yaxınlığında çox səs-küylü olub", - mənbə əlavə edib.

Digər şahidin sözlərinə görə, Kiyev vilayətində, xüsusən də Beloqorodka kəndi istiqamətindən də partlayış səsləri eşidilib.

Bundan əvvəl Kiyevdə və regionda partlayışların baş verdiyini Ukrayna paytaxtının meri Vitali Kliçko da təsdiqləyib. Onun sözlərinə görə, bundan sonra şəhərdə yanğınlar başlayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN