Ukrayna prezidenti Vladimir Zelenski respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Kiyevin 2022-ci il fevralın 24-dən sonra verilmiş hərbi həkim komissiyalarının qərarlarını korrupsiya pozuntularına görə yoxlayacağını bildirib.

Bu barədə “Policy of the country” Telegram-kanalı məlumat yayıb.

“Yoxlamanın nəticələrinə əsasən, hərbi həkim komissiyalarının saxtalaşdırılmış qərarları əsasında xaricə gedən şəxslər barədə nəticə çıxarılacaq”, - Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirilib.

Qurum həmçinin hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsinə yanaşmanın nəzərdən keçirilməsinə qərar verib. İndi bu, Ukrayna komandirləri tərəfindən tapşırıqların icrasına səfərbər olunanları cəlb etmək üçün ediləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN