ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev hələ də USQ-nin Rusiya ərazisinə zərbələr endirməsini təşviq etmir.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

"Biz hələ də Rusiya daxilində zərbələri təşviq etmirik və ya kömək etmirik", - o deyib.

Vaşinqton ilk dəfə deyil ki, belə bəyanat verir. 2023-cü ilin iyulunda USQ raketinin Taqanroqun mərkəzinə düşməsindən sonra Con Kirbi də ABŞ-ın bu cür hərəkətləri təşviq etmədiyini bildirib.

“Biz çox açıq şəkildə bildirdik ki, biz Rusiya daxilində hücumları təşviq etmirik və ya kömək etmirik”, - deyə bildirib.

Xatırladaq ki, avqustun 30-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 regionuna irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN