Böyük Britaniyanın müdafiə naziri Ben Uolles vəzifəsindən istefa verib.

TEZADLAR.AZ xəbər verir ki, Ben Uolles bununla bağlı Baş nazir Rishi Sunaka məktub ünvanlayıb.
Ben Uolles məktubunda bildirib ki, Böyük Britaniya ordusu xüsusilə Ukrayna-Rusiya müharibəsindən sonra hörmətəlayiq orduya çevrilib.
“Bilirəm ki, müdafiə xərclərinin özbaşına qəbul edildiyi günlərə qayıtmaq istəmirsiniz'', - deyə o bildirib.
On ildən sonra dünyanın daha etibarsız və qeyri-sabit olacağına inandığını ifadə edən Ben Uolles “İkimiz də bilirik ki, bu gün gələcəyə sərmayə qoymağın vaxtıdır” sözlərini deyib. 
1991-ci ildə orduya qatılan Ben Uolles özünü ölkəsinə xidmətə həsr etdiyini bildirib.
Nazir Ben Uollesin istefasını qəbul edən Rişi Sunak deyib:''Bu çətin vəzifəni 8 ildir ki, icra edirsiniz. Bu səbəbdən istefa etməyinizi anlayıram. Sizə minnətdarıq''.
Qeyd edək ki, Ben Uollesın postuna Enerji Təhlükəsizliyi və Sıfır Emissiyalar üzrə Dövlət Katibi Qrant Şapps təyin edildi.
Nazirlər Kabinetindən mövzu ilə bağlı verilən açıqlamada Kral III Çarlzın təyinat qərarını təsdiqlədiyi bildirilib.

trt

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN