Azərbaycanda saxlanılan üç erməni gələcəkdə müxtəlif iddialar səsləndirə bilər. Bunun qarşısının alınması məqsədilə dərhal onlarla görüşdük. Onlar da Azərbaycan hökumətinə təşəkkürlərini bildirdilər və təbii ki, öz əməllərindən peşman olduqlarını ifadə etdilər.

Tezadlar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.

“Dediklərinə əsasən, bu əməli törətməkdə onları, necə deyərlər, böyükləri məcbur edib. Bu cür addımı atacaqlarından əvvəlcədən xəbərləri olmayıb”, - deyə ombudsman vurğulayıb.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı əsrlər boyu etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirildiyini diqqətə çatdıran Səbinə Əliyeva əlavə edib: “Ermənistanda həbsdə olan vətəndaşlarımızla bağlı işlər davam etdirilir. Mütəmadi olaraq həmin şəxslərin ailələri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlanılır. Məsələ daim diqqətimizdədir”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN