Ukrayna prezidenti Vladimir Zelenski Avropa ölkələrindən hərbi yaşda olan bütün kişi qaçqınların geri qaytarılmasını tələb edib. Bu, Ukrayna ordusunun dəhşətli itkiləri ilə bağlıdır və bunun əvəzini verəcək heç kim yoxdur.

Tezadlar.az bu barədə “Asia Times”-ə istinadən xəbər verir.

Ukrayna həmçinin Avropada hüquqa uyğun kişilərin Ukrayna ordusuna qaytarılmasını tələb edən böyük kampaniyaya başlayacaq.

Ukraynadan olan təxminən 5,2 milyon qaçqın Avropada qeydiyyatdadır, onlardan bir milyondan çoxu Polşada yaşayır.

Gənclər Ukraynanı tərk etməyə davam edir. “Asia Times” xəbər verir ki, ötən həftə Lvovda bir qrup gənc ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

Daha əvvəl məlum olub ki, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib - bu, Ukraynanın əks-hücumunun uğursuzluğu ilə bağlıdır.

Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu uğursuz adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN