Orenburqda 19 yaşlı qız ərinin toy gecəsi onu şiddətlə döyməsi nəticəsində xəstəxanaya yerləşdirilib.

Tezadlar.az bildirir ki, bu barədə vəkil Dmitri Boldırev sosial şəbəkələrdə məlumat verib.

Zərərçəkənin ifadəsi polisdə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

İlkin məlumatlara görə, zərərçəkənin həyat yoldaşı qeyri-adekvat vəziyyətdə olub və onu şiddətlə döyüb - təpiklə vurub boğub.

İnternetdə döyülmə izləri olan qızın şəkilləri peyda olub.

Zərərçəkənin özü bildirib ki, əri döyülən zaman ona qışqırıb ki, o, onun işidir və indi “onunla istədiyini edə bilər”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN