Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Londonun Şəxsi Hərbi Şirkət (ŞHŞ) "Vaqner"-i terror təşkilatı elan etmək planlarını şərh etməyib.

Eyni zamanda o, Böyük Britaniyaya qanuni olaraq belə bir şirkətin olmadığını xatırladıb.

"Xeyr, burada şərh ediləcək heç nə yoxdur. Burada, bəlkə də, sadəcə, xatırlamaq olar ki, de-yure belə bir qrup yoxdur", - Peskov jurnalistlərə deyib.

Əvvəllər Böyük Britaniyanın ŞHŞ-lərə yeni məhdudiyyətlər tətbiq etmək planları barədə məlum olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN