Ukrayna prezidenti Vladimir Zelenskinin təklifi ilə Ali Rada Rustem Umerovun müdafiə naziri təyin edilməsinə səs verib.
Bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
"Parlament Rustem Umerovu Ukraynanın müdafiə naziri təyin edib. 338 səs lehinə olub. Bütün fraksiyalar bunu dəstəkləyib", - o, Teleqram kanalında yazıb.
Umerov artıq Zelenskinin rəhbərliyi altında dördüncü müdafiə naziri olub. 2022-ci ildən Umerov Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsində çalışır. Sentyabrın 3-də Zelenski Aleksey Reznikovun yerinə Umerovun müdafiə naziri təyin edilməsi qərarını açıqlayıb. Çərşənbə axşamı Rada Reznikovun istefasına, eləcə də Umerovun əvvəlki vəzifəsindən azad edilməsinə səs verib.
E.ŞİRİNOV