Gürcüstan prezidenti Salome Zurabişvili Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
TEZADLAR.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident sosial media hesabı vasitəsilə paylaşdığı videoda bildirib. Onun sözlərinə görə, fransalı həmkarı ilə Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusu məsələsini müzakirə ediblər. “Parisdən sizi salamlayıram. Mən çox şadam ki, Fransa prezidenti ilə bizim Avropa İttifaqına namizəd statusu məsələsi ilə bağlı çox faydalı söhbətim oldu”, - Zurabişvili vurğulayıb.
***
Xatırladaq ki, 2019-cu ildə Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Fransa vətəndaşı, diplomatı Teymuraz Gürcüstani Yelisey sarayında diplomatik bölmədə işə başlayıb.
Məlumatlara görə, Teymuraz Zurabaşvilinin birinci, İran əsilli gürcü ərindən olan oğludur. Onun qızı Ketevan isə Fransada jurnalislik fəaliyyəti ilə məşğuldur.