Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan birinci xanımlar və cənablar sammitində iştirak etmək üçün Kiyevə gəlib.

Bu barədə Ukraynanın “Klymenko Time” nəşri öz Telegram kanalında məlumat yayıb.

"Ermənistanın baş nazirinin həyat yoldaşı Kiyevə gəlib və orada birinci xanımların sammitində iştirak edəcək. Anna Akopyanın səfəri zamanı Ukraynaya humanitar yardım köçürəcəyi gözlənilir", - məlumatda deyilir.

Nəşr qeyd edir ki, builki sammitin mövzusu psixi sağlamlıqdır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Mezzola, Böyük Britaniyanın baş naziri Akşata Murtinin xanımı, Avstriya, Çexiya, Albaniya və Kiprin birinci xanımları kimi spikerlər iştirak edəcəklər.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə gəldiyi məlum olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN