Amerika Birləşmiş Ştatları Rusiyanın tərəfdaşlarını onunla əməkdaşlığı dayandırmağa və başqa, alternativ tərəfdaşlıqlar axtarmağa inandırmağa çalışır.
Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner bunu etiraf edib.
"Bu əlaqələrin cəlbediciliyi əvvəlki kimi deyil və bu tərəfdaşlıqdan uzaqlaşmaq imkanları var", - Fayner deyib.
Onun sözlərinə görə, ABŞ hazırda Vyetnamla fəal danışıqlar aparır. ABŞ hakimiyyəti bu ölkəni Moskva ilə ticarət əlaqələrini kəsməyə inandırmağa çalışır, eyni zamanda onu təhlükəsizlik məsələlərində Rusiya ilə qarşılıqlı əlaqədən çəkindirir.
Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Co Bayden Vyetnama getmək üçün Hindistanın Nyu Dehli şəhərində keçirilən G20 sammitini vaxtından əvvəl tərk edib.
E.ŞİRİNOV