Tomskda həkimlərin diqqətsizliyi və səhvi ucbatından qadının bətnindəki uşaq ölüb.

Bu barədə vilayət İstintaq Komitəsinə məlumat verilib.

İlkin məlumata görə, hamilə qadın avqustun 28-də xəstəxanaya yerləşdirilib. Sentyabrın 5-də onun qarnının aşağı nahiyəsində ağrılarla bağlı çoxsaylı şikayətlərinə baxmayaraq, həkimlər ağrının səbəbini müəyyən etmək üçün heç bir tədbir görməyiblər.

“Diaqnozun qoyulmaması və sonrakı müalicənin olmaması nəticəsində dölün ölümü elə həmin gün qeydə alınıb”, - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

Daha sonra qadın Tomsk Regional Klinik Xəstəxanasına yerləşdirilib.

Doğulmamış körpənin ölümü ilə bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanıb. Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyənləşdirməkdə davam edirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN