Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2122 nəfərə çatıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda zəlzələ nəticəsində həmçinin 1400-ü ağır olmaqla 2421 nəfərin də yaralandığı bildirilib.

Mərakeş Kralı VI Məhəmməd verdiyi bəyanatda çox sayda insanın həyatına son qoyan zəlzələ ilə əlaqədar ölkədə 3 günlük matəmin elan olunduğunu deyib.

Bildirilib ki, ölüm halları Əl-Huz, Taru-dant, Şi-sa-va, Ver-zazat, Mərakeş, Azila, Aqa-dir, Kasablanka və Yusi-fiyyə bölgələrində qeydə alınıb.

Mərakeş Silahlı Qüvvələri, yerli idarələr, təhlükəsizlik qüvvələri və mülki müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirir, humanitar yardımların zəlzələ bölgələrinə çatdırılması üçün bütün imkanlar səfərbər edilib.

 

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN