Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Avropa İttifaqı ilə diplomatik əlaqələr dayandırılmalıdır.
O, Telegram-da Rusiya-Avropa münasibətlərinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sentyabrın 10-da Avropa İttifaqı ruslara şəxsi smartfon və avtomobillərlə ölkəyə girişi qadağan edib.
Medvedevin fikrincə, Moskvanın avropalılara qarşı simmetrik tədbirlərə ehtiyacı yoxdur. "Biz bu ölkələrin bir çox liderlərindən fərqli olaraq irqçi deyilik", - o deyib.
Diplomatik əlaqələrin dayandırılması Avropada çaxnaşma yaradacaq, - deyə Təhlükəsizlik Şurasının sədr müavini davam edib.
"Çünki səfirliklər çox konkret hadisələrdən əvvəl boşaldılır", - Medvedev xatırladıb.
“Sonsuz Mordordan gələn yastıqlı gödəkçələrdə olan bu orkların daha nələrə qadir olduğunu kim bilir...”, - deyə o fikrini yekunlaşdırıb.
Bundan əvvəl Medvedev ABŞ-da 2001-ci il 11 sentyabr hücumları kimi yeni terror aktlarının olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Vaşinqtonun həyata keçirdiyi eksklüzivlik siyasəti səbəbindən bunun riski artır. Eyni zamanda, nüvə və ya bioloji silahlardan istifadə etməklə yeni terror aktları həyata keçirilə bilər, deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.
E.ŞİRİNOV