Sosial şəbəkələrdə bəyin ərəb paltarı geyindiyi, gəlinin isə üzünü niqabla bağladığı toydan video yayılıb. Mərasim zamanı dini musiqilər səsləndirilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Özbəkistan KİV-i məlumat yayıb.
Özbəkistan Daxili İşlər Nazirliyi videonu şərh edərkən bəyi ölkənin İnzibati Məsuliyyət Məcəlləsinin 184−2 (dini məzmunlu materialların qanunsuz hazırlanması, saxlanması, idxalı və ya yayılması) maddəsi ilə cərimələndiyini bildirib.
Məlumatda bildirilir ki, hadisə avqustun 31-də Namanqan rayonunda baş verib. 2000-ci il təvəllüdlü bəy Namanqan rayon polis şöbəsinə dəvət olunub. O, “şəxsi dini baxışlarına əsaslanaraq, öz təşəbbüsü ilə gəlinə qeyri-ənənəvi paltar geyindirmək, onu bürümək, dini mahnılardan istifadə etməklə tədbirə dini çalar verdiyini bildirib”.
Nazirlik qeyd edib ki, “Qadınlar və kişilər üçün bərabər hüquq və imkanların təminatları haqqında” qanun gender bərabərsizliyinin təbliği də daxil olmaqla, gender əsasında dolayı ayrı-seçkiliyi qadağan edir.
“Vicdan azadlığı və dini qurumlar haqqında” Qanunda qeyd olunur ki, dini məzmunlu materialların istehsalına, idxalına və yayılmasına dini ekspertizanın müsbət rəyi alındıqdan sonra icazə verilir. Həmin qanun ictimai asayişi, sağlamlığı və mənəviyyatını, vətəndaşların hüquq və azadlıqlarını təhdid edən dini ideya və fikirlərin aşılanmasına və yayılmasına qarşı mübarizəni müəyyən edir”, - deyə Özbəkistanın Daxili İşlər Nazirliyindən bildirilib.
JASMİN