Rusiya prezidenti Vladimir Putin Soçidə Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlarda ABŞ-ın Ukrayna ordusunun əli ilə kasetli sursatlardan istifadə etdiyini deyib.
Rusiya lideri qeyd edib ki, ABŞ özünü müstəsna ölkə hesab edir və cinayət sayılan şeyi etməyə icazə verir.
"Kaset sursatlarından istifadə edən ABŞ-dır. Bu halda, sadəcə, Ukrayna ordusunun əlləridir", - Putin qeyd edib.
Prezident qeyd edib ki, Vaşinqton kasetli sursatlardan istifadəni cinayət kimi qiymətləndirir, lakin bunu törətməyə özünə icazə verir.
"Bu, məhz bugünkü beynəlxalq münasibətlərin əsas problemidir. Ona görə də beynəlxalq ünsiyyət iştirakçılarının böyük əksəriyyəti bizimlə çoxqütblü dünya yaratmaq üçün mübarizə aparır, çünki bu vəziyyət demək olar ki, heç kimə yaraşmır", - Putin qeyd edib.
E.ŞİRİNOV