Sentyabrın 13-də Daşkənddə “Dunya bo’ylab” telekanalında yayımlanan “Öz gözlərimlə” verilişinin aparıcısı Raminə Yaqafarova 31 yaşında dünyasını dəyişib.

Bu barədə  Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Özbəkistan KİV-nin quruma istinadən məlumatına görə, sentyabrın 12-də axşam saatlarında Raminə Yaqafarova anasına baş çəkmək üçün Çilanzar rayonunda yerləşən özəl klinikalardan birinə gəlib.

Boğazı ağrıdığı üçün jurnalist yanında götürdüyü levofloksasin (antibiotik) tabletini qəbul edib. Təxminən 10-15 dəqiqə sonra o, huşunu itirib.

Klinikanın həkimi ona ilkin tibbi yardım göstərib və sonra Raminə Yaqafarova reanimasiya şöbəsinə yerləşdirilib. Müalicə prosedurlarından sonra o, özünə gəlib və vəziyyəti yaxşılaşıb.

Lakin sentyabrın 13-də qadın ikinci həmləyə məruz qalıb. Tibbi müdaxilələrə baxmayaraq, o, dünyasını dəyişib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, ölüm "dərmana allergik reaksiya (levofloksasin), beyin və ağciyərlərin kəskin ödemi, kəskin tənəffüs və ürək-damar çatışmazlığı, anafilaktik şok" nəticəsində baş verib.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN