Rusiyanın Su-34 qırıcıları idarə olunan aviabombalarla Ukraynanın komanda və müşahidə məntəqələrinə, zirehli texnikalara və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərinə hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Su-34 ekipajları Krasnoliman istiqamətində fərqləniblər.

İdarə olunan aviasiya sursatları pilotlara yüksək hündürlükdə olarkən Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş strukturlarını və texnikasını yüksək dəqiqliklə məhv etməyə imkan verir.

Bundan əvvəl bildirilmişdi ki, Krasnoliman istiqamətində rus qoşunları Ukrayna bölmələrini ilkin cərgələrinə geri çəkiblər. USQ kəşfiyyat aparmağa cəhd etsə də, heç bir nəticə verməyib. Rusiya Silahlı Qüvvələrinin artilleriyası və aviasiyası qarşı tərəfin daha da irəliləməsinə mane olan tapşırığın öhdəsindən layiqincə gəlib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN