Rusiya Federasiyasının Kamçatka ərazisi üzrə İstintaq Komitəsi Xalaktırski çimərliyinə istirahətə gələn 22 yaşlı qızın ölümü ilə bağlı araşdırma aparır.

İlkin məlumatlara görə, mərhum oktyabrın 2-nə keçən gecə Xalaktırski çimərliyinin sahilindəki düşərgədə hamamda çimmək qərarına gəlib. Az sonar qız həyat əlamətləri olmadan tapılıb.

Bir sıra yerli media, məsələn, “Kam 24” xəbər agentliyi mərhumun Moskvadan Kamçatkaya dincəlmək üçün gələn turist olduğunu iddia edir.

Ölümün ehtimal olunan səbəbi ürək çatışmazlığı ola bilər. Bundan başqa, qız sərxoş halda vanna otağına girib.

Hazırda müstəntiqlər hadisənin təfərrüatlarını və səbəblərini müəyyənləşdirirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN