Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Yevgeni Priqojinin qəzaya uğraması ilə bağlı istintaq davam edir.

O, oktyabrın 6-da cümə günü jurnalistlərə deyib: “Hələ heç bir yekun nəticə və ya müstəntiqlərin yekun hesabatı yoxdur”.

Kreml nümayəndəsi istintaqın sonuna qədər gözləməyə çağırıb.

Oktyabrın 5-də dövlət başçısı Vladimir Putin Valday Forumunda bildirib ki, Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ona istintaqın təfərrüatları barədə məlumat verib. O qeyd edib ki, Priqojinin təyyarəsinə heç bir xarici təsir olmayıb və ekspertlər qurbanların cəsədlərində əl qumbaralarının parçaları tapıblar.

Xatırladaq ki, avqustun 23-də saat 17:54-də şəxsi Embraer təyyarəsi Şeremetyevodan Pulkovoya qalxıb. 26 dəqiqədən sonra təyyarə radardan itib. Təyyarə Tver yaxınlığındakı Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Onun dağıntıları bir neçə kilometr radiusa səpələnib.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. Sərnişinlər arasında “Wagner”-in sahibi Yevgeni Priqojin də olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN