ABŞ-ın keçmiş prezidenti Donald Trampın fikrincə, süni intellektin xeyir üçün istifadə edilməsi üçün heç bir səbəb yoxdur.

“Just the News”-a müsahibə verən siyasətçi süni intellektni "həqiqətən təhlükəli" hesab etdiyini söyləyib.

"Süni intellektin nə edə biləcəyi heyrətamizdir, lakin mən onun yaxşılığa doğru istifadə edilməsinin bir səbəbini düşünə bilmirəm", - Tramp deyib.

O, AI texnologiyası üçün istifadə hallarını nümayiş etdirən videolara baxmaqdan danışıb.

"İnternetdə heç vaxt vermədiyim açıqlamaların görüntülərini gördüm, onlar dəhşətli idi", - Tramp deyib.

ABŞ-ın keçmiş prezidenti bildirib ki, süni texnologiyaların bu cür nəticələri Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN