ABŞ Konqresindəki respublikaçılar prezident Co Baydendən Ukrayna ilə bağlı strategiyaya aydınlıq gətirməyi, həmçinin münaqişəyə son qoymaq üçün Rusiya ilə mümkün danışıqlar barədə hesabat verməyi tələb ediblər.

ABŞ Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri Michael McCaul və senator Cim Rişin məktubunda deyilir: “Bayden Administrasiyası hələ də ABŞ-ın Ukraynaya dəstək strategiyasını açıq şəkildə ifadə etməyib”.

Respublikaçıların fikrincə, “nə qədər lazımdırsa” Ukraynaya dəstək vəd etmək strategiya deyil.

Bundan əlavə, qanunvericilər Moskva ilə ehtimal edilən gizli müzakirələr barədə məlumatlardan narahatdırlar. Onlar noyabrın 6-dan gec olmayaraq Ağ Evdən suallarına cavab istədiklərini vurğulayıblar.

İyulda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Ukraynada sülh planı üzrə Moskva ilə guya gizli təmaslar mövzusunu davam etdirəcək. Onun sözlərinə görə, dövlətlər reallıqla heç bir əlaqəsi olmayan hansısa “virtual təlaş” təşkil etmək istəyirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN