Moskva İrəvanın Roma Statutuna qoşulmasını qeyri-dost addım hesab edir.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.
"Biz müttəfiqimiz Ermənistanın Roma Nizamnaməsinə qoşulmasını... tamamilə qeyri-dost addım hesab edirik. Mən burada dialoq üçün heç bir yer görmürəm", - RBC onun sözlərindən sitat gətirib.
Qaluzin qeyd edib ki, Rusiya Ermənistanın ratifikasiyadan imtina edəcəyinə ümid edir. Axı siz Roma Əsasnaməsini ratifikasiya etmədən BCM-nin xidmətlərinə müraciət edə bilərsiniz.
E.ŞİRİNOV