İsrail Müdafiə Qüvvələri  (SAHAL) Qəzza zolağı ilə cənub sərhədinə tam nəzarət edir və hazırda HƏMAS-ın infrastrukturuna zərbələr endirir.

Bu barədə i24 telekanalı  İsrail  ordusunun  mətbuat xidmətinə istinadən xəbər yayıb.

Belə ki, İsrail Müdafiə Qüvvələri (SAHAL) Qəzza zolağı ilə cənub sərhədinə 100% nəzarət etdiyini və ötən gecə oradan heç bir sızma olmadığını bildirib.

 "Sözçüsü bildirib ki, bazar ertəsi Qəzza ilə cənub sərhədinə tam, 100% nəzarət, yeni sızma yoxdur", -  kanal bildirb.

 Ordunun mətbuat xidməti rəsmi Telegram-kanalında bildirib ki, hazırda  SAHAL Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının hədəflərini vurur.

 “İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus çoxsaylı hədəflərə irimiqyaslı hücumlar həyata keçirir”.

 Xəbərdə deyilir ki, İsrail ordusu Qəzza zolağı ilə sərhəd hasarının təhlükəsizliyini də təmin edir.

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. İsraildə müharibə vəziyyəti elan olunub.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov da baş verənlərdən narahatlığını ifadə edib. O, bu barədə "X"da paylaşım edib.

 "Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", - deyə qeyd edib.

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN