Yaxın Şərqdəki vəziyyət qlobal enerji bazarına təsir edə bilər.

Bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak deyib.

O, bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi qlobal enerji bazarına təsir edə bilər.

“Şübhəsiz ki, biz bu məsələləri müzakirə edirik. Dünyada baş verən istənilən belə hadisələr enerji resurslarının istehlakı ilə bağlı vəziyyətə bu və ya digər istiqamətdə təsir göstərə bilər”, -  Aleksandr Novak vurğulayıb.

Qeyd edək ki, hazırda Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 87,75 dollar, WTI üçün noyabr fyuçerslərinin qiyməti isə 85,97 dollar təşkil edir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Bu günə olan məlumata görə,  İsraildə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxın şəxs isə  yaralanıb.

HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı, həmçinin ölkəmizdən İsrailə köçmüş 3 nəfər yəhudiəsilli şəxs də həyatlarını itiriblər.

 

Y.MƏMMƏDLİ  

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN