Almaniya Yaxın Şərqdəki münaqişədə yalnız İsrailin tərəfində mövqe tuta bilər.
Tezadlar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Hazırda Almaniyanın yalnız bir yeri var: İsrailin yanında", - o, Bundestaqda çıxışı zamanı bildirib.
Şolts ölkənin özünü müdafiə edə bilməsi üçün İsrailin təhlükəsizliyinin bərpasının zəruriliyinə diqqət çəkib.
“Biz aydın şəkildə bildiririk ki, beynəlxalq hüquqa görə, İsrail özünü və vətəndaşlarını bu vəhşi hücumdan müdafiə etmək hüququna malikdir”, - kansler Almaniya vətəndaşlarının Həmas girovları arasında olduğunu təsdiqləyib.
Şolts Fələstin hakimiyyətinin HƏMAS-ın hücumuna aydın cavab verməməsini biabırçılıq adlandırıb. Hadisədən sonra, siyasətçinin sözlərinə görə, Berlin Fələstin əraziləri ilə bütün inkişaf əməkdaşlığına yenidən baxacaq.
Bundan əlavə, kansler bildirib ki, HƏMAS yaraqlılarının hücumu İranın əvvəllər hərəkata verdiyi dəstək olmadan mümkünsüz olardı.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başladı. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.
Oktyabrın 10-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib. İsrail təyyarələri Qəzza zolağında HƏMAS-ın bir neçə obyektinə, o cümlədən arsenal və komanda məntəqəsinə zərbələr endirib. Cebaliyadakı komanda əməliyyat məntəqəsi də hücuma məruz qalıb.
E.ŞİRİNOV