İsrail polisi fələstinli tərəfdarların vəd etdiyi “qəzəb günü” ərəfəsində oktyabrın 13-də Qüdsdəki Əl-Əqsa məscidinə toplaşıb.

Tezadlar.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.

Nablus qapısının yaxınlığında bir neçə polis maşını dayanıb. Fələstinli qruplar bundan əvvəl Qəzza zolağının və Fələstin xalqının müdafiəsi üçün oktyabrın 13-də etiraz aksiyalarına başlamağı tələb etmişdilər.

Dünyanın hər yerindən jurnalistlər də məscidin yaxınlığında toplaşıblar. Etirazların günorta namazından sonra başlayacağı gözlənilir.

"Hələlik burada hər şey sakitdir, lakin gərginlik getdikcə artır. Biz görürük ki, polis əməkdaşlarının sayı artır, çoxlu jurnalistlər gəlir", - qəzet yazır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN