İsrailin Pekindəki səfirliyinin əməkdaşına hücum edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, zərərçəkmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti həkimlər tərəfindən stabil qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Hücum oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda baş verib. HƏMAS bu hücumu İsrailin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, ora və Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. Fələstin tərəfdən 1,5 mindən çox insan həlak olub, 7,2 mindən çox insan yaralanıb, İsrail tərəfdən 1,5 minə qədər insan münaqişənin qurbanı olub, 4 minə yaxın insan yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN