İsrailin kütləvi atəşi nəticəsində Qəzza zolağında 1 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (QYİA) öz saytında dərc edilmiş bəyanatında deyilir.
“1 milyondan çox insan – Qəzza əhalisinin demək olar ki, yarısıdır – evlərini tərk etmək məcburiyyətində qalıb. Eyni zamanda, 600 minə yaxın məcburi köçkün anklavın mərkəzi bölgələrindədir ki, onlardan da 400 mini QYİA obyektlərində yerləşdirilir ki, bu da bizim yardım göstərmək imkanımızdan bir neçə dəfə çoxdur”, - agentlik vurğulayır.
Bundan əlavə, QYİA Qəzzada 14 əməkdaşının öldüyünü təsdiqləyib və bu rəqəmin yekun olmadığını və daha da arta biləcəyini göstərir.
E.ŞİRİNOV