İsrailin i24 telekanalı 200-ə yaxın insanın HƏMAS-ın əsirliyində olduğunu təxmin edir.
“Hərbçilər 199 girovun ailələrinə Qəzza zolağında saxlandıqları barədə məlumat veriblər”, - bəyanatda deyilir.
“Haaretz” qəzetinin istinad etdiyi son məlumatlara görə, Fələstinin Həmas hərəkatı tərəfindən əsir götürülən 155 nəfər var.
Bundan əvvəl HƏMAS əsir düşmüş mülki şəxslərin azad edilməsi şərtini açıqlamışdı.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
E.ŞİRİNOV