Fələstinin HƏMAS radikal hərəkatının qurucularından biri Həsən Yusif İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən həbs edilib.
Bu barədə CNN İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) nümayəndələrinə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, Yusif cümə axşamı İordan çayının qərb sahilində İsrail ordusunun reydləri zamanı 59 digər fələstinli ilə birlikdə həbs edilib. O, HƏMAS-ın adından müəyyən hərəkətlər etməkdə şübhəli bilinir. Onun həbsdə nə qədər qala biləcəyi barədə məlumat verilmir.
E.ŞİRİNOV