Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-ın Nevada nüvə poliqonunda yeraltı kimyəvi sınaqlarını diqqətlə izləyir.
"Biz çox diqqətlə izləyirik", - o, jurnalistlərə deyib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi son dərəcə aydındır.
Peskov qeyd edib ki, Rusiya Federasiyası və ABŞ Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (HNSQM) imzalayan dövlətlərdir, lakin indi bu saziş hər iki ölkədə ratifikasiya olunmayıb. Kreml rəsmisi vurğulayıb ki, buna görə də vəziyyət faktiki olaraq düzəlib.
Xatırladaq ki, oktyabrın 18-də ABŞ Nevada ştatındakı poliqonda nüvə sınaqları keçirib. Bu, Rusiya Dövlət Dumasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyasını ləğv edən qanunu qəbul etdiyi gün edilib. Qanun layihəsini 438 deputat imzalayıb. Federasiya Şurası sənədə oktyabrın 25-də baxacaq.
Qeyd edək ki, saziş 1996-cı ilin sentyabrında yaradılıb. Onu 186 ölkə imzalayıb və onlardan 178-i ratifikasiya edib. Rusiya bunu 2000-ci ildə etdi. HNSQM -ni imzalayan ABŞ isə hələ də sənədi ratifikasiya etməyib. Oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Moskva ABŞ-a qarşı güzgü kimi davrana və müqavilənin ratifikasiyasını geri götürə bilər.
E.ŞİRİNOV