ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər etməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Blinken “hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə gəlmək” niyyətindədir. Bundan sonra ABŞ dövlət katibi regionun bəzi ölkələrinə səfər etməyi planlaşdırır, - agentlik qeyd edir.
Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda Blinken bundan əvvəl İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib. Bundan əlavə, oktyabrın 18-də ABŞ prezidenti Co Bayden bir günlük təcili səfərlə İsrailə səfər edib.
E.ŞİRİNOV