Həmişə yaşanan gərginlikləri ilə diqqətdə qalan parlamentin plenar iclasında hakimiyyət və müxalifət deputatları arasında sözlü qarşıdurma yaşanıb.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, müxalif deputatlar hakim partiyanın üzvü İrakli Beraianın tutduğu komitə sədri vəzifəsindən istefa verməsini tələb edirlər. Onların sözlərinə görə, İ.Beraia müxalif həmkarlarına qarşı etdiyi hörmətsizliyə görə cəzalandırılmalıdır. Parlamentin sədri Şalva Papuaşvili isə müxalif deputatlara səslənib və Beraianın üzrünü qəbul edərək məsələyə son qoymağa çağırıb. Müxalif deputatlar isə buna məhəl qoymayıblar. Gərginlik fonunda mandatorlar müxalifət təmsilçisi Aleko Elisaşvilini zaldan çıxarıb.
Məlumat üçün bildirək ki, dünən komitə iclası zamanı hakim partiyanın üzvü İrakli Beraia deputat Teona Akubardiaya qarşı təhqiramiz ifadələr işlədib. Sonuncu onu məhkəməyə verəcəyini bildirib. Sosial mediada şikayətin artıq məhkəməyə göndərildiyi də bildirilir...
XALİQ