Məhkəmə 2010-2021-ci illərdə Rusiyanın müxtəlif regionlarında azyaşlı uşaqları şirnikləndirən 64 yaşlı uşaq musiqi prodüseri Aleksandr Razumovskiyə hökm oxuyub.

Bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayıb.

Kişi altı azyaşlı uşağı onlarla ünsiyyət qurmaq üçün öz peşəkar bacarıqlarından istifadə edərək şirnikləndirib. İstintaqın məlumatına görə, o, yeniyetmələri Moskva yaxınlığındakı Proskurnikovo kəndindəki daçasına, eləcə də Moskvanın cənubundakı mənzilə dəvət edib və orada onları korlayıb.

Cinayət törədən şəxs barəsində “12 yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli digər hərəkətlər” və “İki və daha çox şəxsə qarşı törədilmiş əxlaqsız hərəkətlər” maddələri ilə cinayət işi başlanıb.

“İstintaq zamanı Rusiya Federasiyasının müxtəlif subyektlərinin ərazisində də daxil olmaqla, böyük həcmdə istintaq və əməliyyat-axtarış tədbirləri, habelə cinayət işində kifayət qədər sübut bazası toplamağa imkan verən 25-dən çox məhkəmə-tibbi ekspertizası həyata keçirilib”, - Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanova bildirib.

Qeyd olunur ki, kişi törətdiyi cinayətlərdə təqsirini yalnız qismən etiraf edib. O, 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. Bundan əlavə, 15 il müddətində ona uşaqların təhsili və tərbiyəsi ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan ediləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN