Fələstinin radikal HƏMAS hərəkatı İsraillə əsir mübadiləsi məsələsində “tam kompromis”ə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd deyib.

"Biz bu insanların evə qayıtmasını istəyirik. Bundan əlavə, məhbuslarımızın da indi evlərinə getməsini istəyirik. Ona görə də hesab edirəm ki, indi biz tam kompromis əldə etməyə, bütün girovların, həm hərbçilərin, həm mülki şəxslərin və İsraildəki həbs mərkəzlərindəki bütün məhbusların azad edilməsinə dair razılaşmaya hazırıq", - deyə bildirib.

Telekanal qeyd edib ki, İsrail belə bir addımla “razılaşmayacaq”. Bütövlükdə münaqişə ilə bağlı vəziyyətə toxunan Həməd bildirib ki, qrup “işğala qarşı mübarizəni davam etdirəcək”, çünki “beynəlxalq hüquqa uyğun olaraq bunu etməyə qanuni hüququ var”. Həməd həmçinin İsrailin “təcavüzü dayandırmasını” əsirlərin mübadiləsi məsələsi də daxil olmaqla gələcək danışıqlar üçün əsas şərtlərdən biri adlandırıb.

Oktyabrın 7-də İsrailə hücuma toxunan HƏMAS sözçüsü deyib ki, yaraqlılar dinc sakinləri öldürmək niyyətində deyillər.

"Dinimiz İslam dininin müddəalarına görə, dinc əhaliyə xəsarət yetirmək və ya öldürmək qadağandır. İlk gün baş verənlər: insanlar (döyüşçülər) əraziyə, boş yerə daxil olanda, insanları görəndə, bəzi çətinliklər yarandı. ” - Həməd qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN