İsrail ordusu Qəzza zolağında keçirdiyi xüsusi əməliyyatlar zamanı HƏMAS-ın bir neçə tunelini aşkar edərək məhv edib.

Bu barədə İMQ Telegram kanalında məlumat verilib.

“Hərbçilər tunel şaxtalarını aşkarlayıb, onları partlayıcılarla doldurub və tunelləri zərərsizləşdiriblər”, - nəşr yazır.

Bundan əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Yair Qolan demişdi ki, İsrail hərbçiləri “heç bir halda” Həmas tunellərinə girməməlidir və etməyəcək. Onun sözlərinə görə, orada israilliləri ancaq tələlər gözləyir.

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi oktyabrın 7-də baş verib. İsrail Qəzza zolağından raket hücumuna məruz qalıb və HƏMAS döyüşçüləri ölkənin cənubundakı sərhəd bölgələrinə soxulub.

Buna cavab olaraq İMQ HƏMAS-ın fəaliyyətlərini yatırtmaq məqsədi daşıyan Dəmir Qılınclar əməliyyatına başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN