Türkiyə Qəzza zolağında baş verən hadisələrlə bağlı məsləhətləşmələr üçün İsraildəki səfirini geri çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Təl-Əvivdəki səfirimiz Şakir Özkan Torunları məsləhətləşmələr üçün Ankaraya dəvət edirik"- Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri sosial şəbəkədə yazıblar.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağına endirdiyi zərbələrdən sonra İsrailin baş naziri Benyamin Netanyahunu həmsöhbət kimi qəbul etmədiyini bildirib.

Xatırladaq ki, noyabrın 2-də Bəhreyn hakimiyyəti də öz səfirini İsraildən geri çağırmaq və bu ölkə ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN