Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin 12-ci anti-Rusiya sanksiyalar paketini təqdim edəcəyinə dair vədindən qəzəblənib.
Bu barədə o, sosial şəbəkədə məlumat verib.
“Ursula fon der Leyen Kiyevdə olarkən Zelenskini razı salmaq üçün 12-ci anti-Rusiya sanksiya paketini açıqlayıb.
Filippo həmçinin vurğulayıb ki, əvvəlki 11 sanksiya paketi Moskvanı zəiflətməyib, sadəcə olaraq Avropa ölkələrinin iqtisadiyyatlarını məhv edib, enerji qiymətlərində və inflyasiyada kəskin artıma gətirib çıxarıb.
Siyasətçi “bu dəliliyi” dayandırmağa və əks məhsuldar məhdudiyyətləri ləğv etməyə çağırıb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərbin gözləntilərinin əksinə olaraq, Rusiya iqtisadiyyatı nəinki “parçalanmayıb”, əksinə, sürətlə böyüməyə başlayıb.
E.ŞİRİNOV