Bu gün səhər Qüdsün Köhnə Şəhərində Herod Qapısına edilən hücumda iki İsrail Sərhəd Polisi əməkdaşı ağır bıçaqlanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti hücumu terror aktı kimi qiymətləndirən İsrail polisinə istinadən məlumat yayıb.
Hücum polis məntəqəsi yaxınlığında baş verib. Hücum edən şəxs hadisə yerinə gələn əməliyyatçılar tərəfindən məhv edilib.
Bu arada İsrail hərbçiləri Qəzza zolağında müşahidə məntəqələri, təlim bazaları və tunellərin də daxil olduğu HƏMAS düşərgəsini bir gecədə nəzarətə götürdüyünü bildirib. İsrail mediası bazar günü axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin 48 saat ərzində Qəzza şəhərinə girməsinin gözlənildiyini bildirib.
E.ŞİRİNOV