Ukrayna prezidenti Vladimir Zelenski Qərblə ünsiyyət tonunu dəyişib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Spectator” yazır.
Nəşr bildirir ki, bu yaxınlarda Ukrayna hakimiyyəti “bizə daha çox ver, biz tez qalib gələ bilərik” dedi (“RİA Novosti”-dən sitat).
İndi ritorika dəyişib və Kiyevdə deyirlər: “Bizə daha çox verin, yoxsa münaqişə sonsuza qədər uzanacaq”.
Beləliklə, Zelenski Qərbin Rusiya ilə uzanan münaqişə qorxusu üzərində oynamaq istəyir.
Məqalə müəllifinin fikrincə, Moskvanın strategiyası Kiyev tərəfdaşlarının tədricən yorulmasında və onların münaqişəni uzatmaq istəməməsindədir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Qərbdə oxşar hisslərin olduğunu qeyri-ciddi şəkildə inkar edə bilər, lakin İtaliyanın baş naziri Giorgia Meloni bunu rus prankerləri ilə söhbətində təsdiqləyib.
Xatırladaq ki, İtaliyanın baş naziri Ukrayna Silahlı Qüvvələrinin hücumunun gözlənildiyi kimi getmədiyini, Qərbin artıq Ukraynadakı münaqişədən təngə gəldiyini bildirib.
E.ŞİRİNOV