Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan Qəzza zolağında ölənlərin sayı 10,3 min nəfərə çatıb.

Bu barədə Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.

“Oktyabrın 7-dən indiyədək 10 328 nəfər İsrail təcavüzünün qurbanı olub, 25 956 nəfər yaralanıb”, - deyib.

Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ölənlər arasında 4,2 mindən çox uşaq var.

Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 150 tibb işçisi həlak olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN