İsrail ordusu Qəzza zolağı üzərində daimi nəzarəti saxlamalı və onu kənar qüvvələrə təslim etməməlidir.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya yaxın ərazidə yerləşən bələdiyyələrin rəhbərləri ilə görüşündə deyib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Onun sözlərinə görə, sərhədyanı ərazilərdə yerli hakimiyyət baş nazirdən İsrail qüvvələrinin hazırkı hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağında nə olacağı ilə bağlı aydınlıq tələb edib.
“İMQ sektora nəzarəti əlində saxlayacaq və biz onu kənar qüvvələrə təhvil verməyəcəyik”, - Netanyahu cavabında deyib.
E.ŞİRİNOV