Səfərbərlik zamanı hərbi xidmətə çağırılan 20 minə yaxın ukraynalı kişi ölkəni tərk edib.

Bu barədə Britaniyanın BBC yayım korporasiyası 2022-ci ilin fevralından 2023-cü il avqustun 31-dək Ukrayna ilə qonşu dövlətlər - Macarıstan, Moldova, Polşa, Rumıniya və Slovakiya arasında qeyri-qanuni sərhəd keçidləri haqqında məlumatlara istinadən məlumat yayıb.

Qeyd olunur ki, daha 21 min ukraynalı kişi də ölkəni tərk etməyə cəhd edib, lakin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlardan 14 min nəfər sərhədi piyada və ya üzərək keçmək niyyətində olub, qalanları isə ciddi xəstəliyin olduğunu təsdiqləyən saxta sənədlərdən istifadə edərək Ukraynanı tərk etməyə ümid ediblər.

Ali Radanın Milli təhlükəsizlik məsələləri üzrə parlament komitəsinin üzvü, prezidentin parlamentdəki nümayəndəsi Fyodor Venislavski bu problemi ciddi adlandırıb. "Hökumət başa düşür ki, bunlar tək-tək hallar deyil, bu, geniş yayılmış hadisədir. Təəssüf ki, korrupsiya hələ də güclüdür", - o, BBC-yə deyib. Eyni zamanda, o, bütün səfərbər edilmiş şəxslərlə müqayisədə hərbi xidmətdən yayınanların sayının aşağı səviyyədə qaldığı qənaətindədir.

“Mən əminəm ki, ukraynalıların 95-99%-i öz müstəqilliyini, suverenliyini və azadlığını müdafiə etməyə hazırdır” – deyən Venislavski, “Səfərbərlikdən yayınmağa çalışanlar çağırışçıların ümumi sayının 1-5%-ni təşkil edir. Ukraynanın müdafiəsi üçün çox vacibdir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN