İrəvan Moskvanın Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirmək təklifini nəzərdən keçirir.

Bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyindən bildirilib.

 Bundan əvvəl Kremldə və Rusiya Xarici İşlər Nazirliyində Bakı və İrəvanla danışıqlardan danışıblar.

Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan bildirib ki, Rusiyanın Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü ilə bağlı təklifi İrəvan tərəfindən nəzərdən keçirilir.

Arutyunyanın sözlərinə görə, bu gün İrəvanın çoxlu təklifləri var, o cümlədən Moskvadan, lakin Ermənistanın hazırda iş qrafiki ilə bağlı problemlərə görə heç kimlə razılaşması yoxdur.

Səfir bildirib ki, İrəvan Azərbaycan və Ermənistan arasında danışıqlara dair heç bir təklifdən imtina etmir.

 Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan antiRusiya siyasəti aparır. Bu onun verdiyi müsahibələrdə, çıxışlarda özünü açıq aydın göstəriri. O, indi daha çox qərbə, avropaya meyillənib. Bunu gizlətmir də. Vasitəçilyə isə bölgəyə aid olmayan dövlətləri qatmaq istəyir...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN