Sverdlovsk vilayətinin Artemovski şəhərində 8 yaşlı qız Borovka çayında boğulub.
Bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Uşağın noyabrın 19-da itkin düşdüyü bildirilir. Həmin gün valideynlər qızın tapılmasına kömək etmək xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Həmin gün bir az sonra onun meyiti çayda tapılıb.
“Təhlükəsizlik qüvvələri xilasedicilərlə birlikdə qızın cəsədini çıxarıblar”, administrasiyanın bəyanatında deyilir.
Rəsmi açıqlamada insidentin digər təfərrüatları açıqlanmayıb. Lakin yerli media uşağın buzun arasından düşə biləcəyini iddia edir.
E.ŞİRİNOV