Cinayət təqibi təhlükəsi ilə Latviyanı tərk edən Riqa Şəhər Şurasının keçmiş deputatı Ruslan Pankratov Rusiyadan siyasi sığınacaq istəyib.

"Latviyadan Rusiyaya qaçdıqdan sonra müəyyən edilmiş qaydada Rusiya xüsusi xidmət orqanları tərəfindən süzgəcdən keçdim. Bütün prosedurlar başa çatdıqdan sonra siyasi sığınacaq almaq üçün sənədlərimi təqdim etdim. İndi qeydiyyata düşməyi gözləyirəm və ümid edirəm ki, bu məsələ mənim xeyrimə həll olunacaq”, - deyə o qeyd edib.

Pankratov bildirib ki, vətənində Rusiyaya dəstək verdiyi üçün onu dövlət əleyhinə fəaliyyətdə ittiham ediblər, Daxili İşlər Nazirliyi onun sənədlərini məhv edib, bu səbəbdən o, qanunsuz olaraq Rusiya Federasiyasına qaçmalı olub. Nəticədə, Rusiya sərhədçiləri tərəfindən saxlanılıb, - deyə o, izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN